EN

Bu marketlərdə saxta alkoqollu içkilər aşkarlandı – FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonunun Qurunba kəndində Qüdrət Cabir oğlu Almasova məxsus “Bizim” marketdə və Astara şəhəri, H.Əliyev prospektində Seymur Sahib oğlu Məstiyevə məxsus marketdə keçirilən yoxlamalar zamanı normativ-hüquqi aktların tələblərinin pozulduğunu müəyyən ediblər.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, marketlərdə “Piterskaya”, “Naturel”, “Беленькая”, “Bakineç”, “The Botany”, “Wheat Water” və “Губернаторская” əmtəə nişanlı mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb. Normativ texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.

Faktla bağlı inzibati protokol tərtib olunub və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Araşdırmalar davam etdirilir.


Bizim.Media

Chosen
45
5
bizim.media

7Sources