AZ

AQTA saxta alkoqollu içkilərə qarşı əməliyyat keçirib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Lənkəran rayonunun Qurunba kəndində “Bizim” market və Astara şəhərində H.Əliyev prospektindəki marketdə yoxlamalar aparıb.

Yoxlamalar zamanı “Piterskaya”, “Naturel”, “Беленькая”, “Bakineç”, “The Botany”, “Wheat Water” və “Губернаторская” əmtəə nişanlı, mənşəyi müəyyən olunmayan saxta alkoqollu içkilər aşkar edilib və satışdan kənarlaşdırılıb. Normativ texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.

Faktla bağlı inzibati protokol tərtib olunub, nümunələr laborator müayinələrə göndərilib. Araşdırmalar davam edir.

Aytac 

Seçilən
23
1
anews.az

7Mənbələr