EN

“Rusiya ömründə bir dəfə qonşu dövlətlərə qarşı ədalətli davranmalıdır...”

Adelet.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Rusiya AZAL-ın təyyarə qəzası ilə bağlı cinayət işinə xitam verilməsi istəyi ilə Azərbaycan tərəfinə məktub göndərib. 

Məsələylə bağlı Adalet.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, Rusiyanın Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən bir il əvvəl zenit raketi ilə vurulan və 38 vətəndaşımızın həlak olduğu AZAL təyyarəsinin qəzası ilə bağlı növbəti təklifi tamamilə absurddur:

“Bu cinayət işinə xitam verilməsi mümkün olan bir şey deyil. Azərbaycan tərəfi ən yüksək səviyyədə bu cinayət işində təqsiri olanların cəzalandırılmasını bir neçə dəfə səsləndirib. Bu qədər xəbərdarlıqlardan və haqlı tələblərdən sonra Rusiyanın bu cinayət işinə xitam vermək xahişi həyasızlığın ən yüksək səviyyəsidir”. 

Ə.Verdiyev deyib ki, uzun əsrlər boyu Azərbaycan xalqının qanına susayan Rusiya imperiyası bu günə qədər 20 yanvar faciəsinin günahkarlarını cəzalandırmır:

“Xocalı faciəsində iştirak edən Rusiyanın 366-cı alayının rəhbərlərini isə ümumiyyətlə yüksək vəzifələrə, hətta Alay komandirini general rütbəsinə qədər yüksəldib. Bu dəfə isə vəziyyət fərqlidir. Azərbaycan nə 90-cı, nə 92-ci, nə də ondan əvvəlki illərdə, nə də işğal dövründəki Azərbaycan deyil. Azərbaycan 38 vətəndaşımızın qanına bulaşan cinayətkarların həbs edilməsinə istənilən halda nail olacaq. Rusiya belə absurd açıqlamalarla özünü beynəlxalq aləmdə biabır etməməli, heç olmasa ömründə bir dəfə qonşu dövlətlərə qarşı ədalətli davranmalıdır. Əks halda hüquqşunaslarımız AZAL təyyarəsinin vurulmasında günahı olan şəxslərə qarşı interpol axtarışı elan etməlidir. Biz bu işi tək Rusiyanın öhdəsinə buraxa bilmərik”. 

Vasif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
15
50
adalet.az

10Sources