Dünya Karate Federasiyası (WKF) əfsanəvi azərbaycanlı karateçi Rafael Ağayev haqda paylaşım edib.
Sportal.az xəbər verir ki, şəkilli-informativ paylaşımlarda 5-qat dünya çempionu barədə 8 əsas məqam qeyd olunub.
Paylaşımda xüsusi qeydi təqdim edirik: “Hamı onun adını bilir. Çox az adam əfsanənin tarixçəsini bilmir”.
1. O, 4 mart 1985-ci ildə Sumqayıtda (Azədbaycan) anadan olub.
2. Şotokan növündə döyüşür.
3. 5 qat WKF dünya çempionudur. Fərdi dünya çempionatlarında ən çox qələbə qazanan karateçidir.
4. “Şərqin Panteri” ləqəbi ilə tanınır.
5. 11 dəfə Avropa çempionatının qalibi olub.
6. 7 yaşında məşqlərə başlayıb. Buna futbolçu olan atasının və döyüş sənətləri ilə məşğul olan qardaşlarının təsiri olub; onlar onda idmana dərin sevgi aşılayıblar.
7. Anası onun intizamının və dəyərlərinin formalaşmasında mühüm rol oynayıb.
8. Ağayev Tokio-2020 Olimpiya Oyunlarında çıxış edərək kişilər arasında kumite −75 kq çəki dərəcəsində gümüş medal qazanıb.
saytlarin hazirlanmasi