EN

Türkiyədə Liviyanın Baş Qərargah rəisi və daha 8 nəfər olduğu təyyarə qəzaya uğrayıb

Liviyanın Baş Qərargah rəisinin olduğu “Falcon-50” tipli biznes jet təyyarəsi Ankarada qəzaya uğrayıb.

Bu barədə NTV məlumat yayıb.

Hadisə ilə əlaqədar Esenboğa Hava Limanında uçuşlar dayandırılıb.

Ankarada qəzaya uğrayan “Dassault Falcon 50” tipli təyyarədə Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Məhəmməd Əli Əhməd Əl-Həddad və onun 5 nəfərlik nümayəndə heyəti olub. Uçuş heyətinin tərkibində 2 pilot və 1 bort bələdçisi olub.

Qeyd olunur ki, Məhəmməd Əli ƏhmƏd Əl-Həddad bu gün Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə görüş keçirmişdi.

AzPost.az

Chosen
34
4
azpost.info

10Sources