Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan livanlı həmkarı Cozef Aunla telefon danışığı aparıb.
"Far.Az" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası "X" sosial şəbəsindəki səhifəsində məlumat paylaşıb.
Söhbət zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.
Ərdoğan bildirib ki, Türkiyə daim Livanın sabitliyini və suverenliyini müdafiə edir. O qeyd edib ki, Türkiyə Livanın təhlükəsizliyini dəstəkləyən beynəlxalq mexanizmlərdə iştirak etməyə hər zaman hazırdır.
Türkiyə lideri vurğulayıb ki, ölkəsi Suriyadakı böyük dəyişikliyin bölgənin sabitliyinə töhfə verməsi üçün dəstəyini davam etdirəcək.
Cumhurbaşkanımız Sayın Recep Tayyip Erdoğan, Lübnan Cumhurbaşkanı Joseph Aoun ile bir telefon görüşmesi gerçekleştirdi.
— T.C. İletişim Başkanlığı (@iletisim) December 23, 2025
Liderler, Türkiye ile Lübnan ikili ilişkileri ve bölgesel konuları değerlendirdi.
Cumhurbaşkanı Erdoğan görüşmede, Türkiye’nin daima Lübnan’ın istikrar ve…