Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün qış fasiləsinə 3-cü pillədə yollanmış “Zirə”nin qış hazırlıq planı bəlli olub.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, “qartallar” yanvarın 3-də Bakıda bir araya gələcəklər. Komanda ayın 10-na qədər hazırlığı paytaxtda davam etdirəcək.
Toplanışın ikinci mərhələsi isə Türkiyənin Antalya şəhərində baş tutacaq. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv yanvarın 10-dan 17-nə qədər qardaş ölkədə hazırlıq keçəcək. Komanda Antalyada iki yoxlama oyunu keçirməyi planlaşdırır. Lakin rəqiblərin kimliyi hələ dəqiqləşməyib. Bu barədə daha sonra məlumat veriləcək.
Xatırladaq ki, “Zirə” Premyer Liqanın qış fasiləsinə 28 xalla 3-cü pillədə yollanıb. Paytaxt təmsilçisi keçirdiyi 16 oyunda 7 qələbə qazanıb, 7 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.
