AZ

Emin Mahmudov – Tarixdə 16-cı, “Neftçi”də 4-cü – ARENA.AZ

Futbol üzrə Azərbaycan yığma komandasının və “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov Premyer Liqada 50-ci qolunu vurub.

Arena.az xəbər verir ki, Azərbaycan çempionatında yalnız “Neftçi”nin formasını geyinmiş yarımmüdafiəçi 221-ci oyununda “100”ü yarılayıb.

O, Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 16-cı turunun “Karvan”la görüşündə (2:1) yubiley topunu vurub. İlk qoluna çempionatda debüt etdiyi 2017/2018-ci illər mövsümündə imza atan Mahmudov yarışın tarixinə 50 və daha çox top vuran 43-cü futbolçudur.

Yarımmüdafiəçi Azərbaycan çempionatlarının yüksək liqasında eyni klubda ən azı bu qədər qol vuran 16-cı oyunçudur.

Mahmudov “Neftçi” ilə çempionatda 50 və ya daha çox qol vuran 4-cü bombardirdir. O, yalnız Samir Ələkbərov, Qurban Qurbanov və Yunis Hüseynovdan geri qalır.

  1. Müşfiq Hüseynov (“Qarabağ”) – 109
  2. Samir Ələkbərov (“Neftçi”) – 99
  3. Alay Bəhramov (“Viləş”) – 93
  4. Nazim Əliyev (“Xəzər” S) – 93
  5. Fazil Pərvərov (“Kəpəz”) – 80
  6. Rövşən Əhmədov (“Kəpəz”) – 75
  7. Qurban Qurbanov (“Neftçi”) – 66
  8. Nadir Nəbiyev (“Turan”) – 63
  9. İmamyar Süleymanov (“Kəpəz”) – 63
  10. Mahir Emreli (“Qarabağ”) – 59
  11. Yunis Hüseynov (“Neftçi”) – 58
  12. Musa Qurbanov (“Turan”) – 56
  13. Abdullah Zubir (“Qarabağ”) – 52
  14. Riçard Almeyda (“Qarabağ”) – 51
  15. Badri Kvaratsxeliya (“Şəmkir”) – 51
  16. Emin Mahmudov (“Neftçi”) – 50
Seçilən
4
8
arena.az

10Mənbələr