EN

Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır

Sərfəli kredit axtarışında olanlar, Birbank-ın digər banklarda kredit öhdəliyi olan müştərilər üçün əsl bayram hədiyyəsi edir. Belə ki, indi digər banklardakı kreditlərini Birbank-a gətirən hər kəs təyin olunan kredit faizinə 3% endirim qazanır. Artıq minlərlə insan bu fürsəti dəyərləndirib. Siz də Yeni ili çətin maliyyə hesabatları aparmadan, büdcə sıxıntısı çəkmədən dolu-dolu yaşamaq istəyirsinizsə bu şansı qaçırmayın.

15 yanvar tarixinədək davam edən kampaniya müştərilərə daha sərfəli kredit şərtləri ilə yanaşı aylıq ödənişlərin həcmini azaltmaq, kreditlərini bir yerdən və vaxt itirmədən ödəmək imkanı yaradır.

Qeyd edək ki, kampaniya 13 aylıq və daha çox müddətə rəsmiləşdirilən kreditlərə şamil edilir. Kampaniya çərçivəsində Kapital Bank və ya istənilən digər bankdan əməkhaqqı, yaxud təqaüd alanlar maksimum 50 000 manatadək nağd pul kreditini 59 ayadək müddətə əldə edirlər. Fürsətdən yararlanmaq və bayramı dolu-dolu yaşamaq üçün sizə ən yaxın Kapital Bank/Birbank filialına yaxınlaşa bilərsiniz.

Chosen
44
38
publika.az

10Sources