EN

AFFA “Zaqatala”ya texniki məğlubiyyət verdi – ARENA.AZ

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Birinci Liqanın 11-ci turundakı qayda pozuntularına hüququ qiymət verilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:

Birinci Liqa, 11-ci tur

“Zaqatala” – MOİK oyununun 63-cü dəqiqəsində MOİK-in futbolçusu Nihad Qurbanlı rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb. MOİK buna görə 300 manat cərimə edilib. Oyunun 53-cü dəqiqəsində “Zaqatala”nın futbolçusu Habibu Abdurəşid ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. “Zaqatala” buna görə 300 manat cərimə ödəyəcək. “Zaqatala” legioner limitini pozduğuna görə, bu komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. “Zaqatala” buna görə 1200 manat cərimə edilib.

“Şahdağ Qusar” – “Səbail” oyununda “Səbail”in 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 210 manat cərimə edilib.

“Difai” – “Mingəçevir” oyununun 31-ci dəqiqəsində “Difai”nin futbolçusu Musa Musazadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəza alıb. “Difai” buna görə 150 manat cərimə edilib.

Chosen
60
8
arena.az

10Sources