EN

Türkiyə və Ermənistan arasında aviareyslərin sayı artırılır

Türk Hava Yolları (THY) gələn ildən İstanbuldan İrəvana müntəzəm uçuşlara başlayacaq.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Ermənistanla münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç “X”də bildirib.

O, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində daha yeni bir addımın atıldığını qeyd edib.

Sərdar Kılıçın sözlərinə görə, THY 11 mart 2026-ci il tarixindən etibarən hər gün müntəzəm şəkildə İstanbul-İrəvan-İstanbul uçuşlarına başlayacaq.

Chosen
41
18
nocomment.az

10Sources