EN

Albertini Leaonu təriflədi – ARENA.AZ

“Milan”ın keçmiş yarımmüdafiəçisi Demetrio Albertini “rossoneri”nin portuqaliyalı cinah hücumçusu Rafael Leao haqda fikrini bildirib.

Arena.az italiyalı veteran futbolçunun müvafiq qənaətini təqdim edir:

“Rafa məni təəccübləndirmir. Leao istedaddır. Ona, sabitliyini artırmaq qalır…”, deyə Albertini vurğulayıb.

Rafael Leao Lissabon “Sportinq”inin yetirməsidir. Portuqaliyalı cinah hücumçusu “Milan”a 2019-cu ilin avqustunda 29,5 milyon avro məbləğ müqabilində “Lill”dən keçib. Tərəflər arasındakı müqavilənin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Leao “Milan” üçün bütün yarışlarda 12 oyun keçirib, 6 qol vurub, 1 məhsuldar ötürmə verib. Leaonun “rossoneri”nin heyətində çıxışının ümumi mənzərəsi 272 oyun, 76 qol və 63 məhsuldar ötürmədən ibarətdir.

Rafael Leao “Milan”la 2021/2022-ci illər mövsümü İtaliya A Seriyasının qalibi olub və həmin mövsüm üçün ilin oyunçusu seçilib, eləcə də 2024-cü il İtaliya Super Kubokunu qazanıb.

Leao 2021-ci ilin oktyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 43 oyun keçirib, 5 qol vurub, 7 məhsuldar ötürmə verib. Portuqaliyalı cinah hücumçusunun aşağı yaş qruplarından ibarət yığma komandalarda zəngin oyun təcrübəsi var.

Əsas yığmada debütə qədər Rafael Leao U-16, U-17, U-18, U-19, U-20, U-21 yığmalarının heyətinə dəvət alıb və U-18 yığmasından başqa bütün komandaların heyətində çoxlu oyunlar keçirib və qollar vurub. Leao Portuqaliyanın U-17 yığması ilə Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı portuqal sol cinah hücumçusunun transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

Chosen
29
35
arena.az

10Sources