ain.az bildirir, Unikal.az portalına istinadən.
Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putinə Xarkov vilayətindəki Kupyansk şəhərinin işğalı barədə məlumat verən general Sergey Kuzevlyev yoxa çıxıb.
"Unikal" xəbər verir ki, onun öldürüldüyü ehtimal edilir.
Belə ki, 20 noyabrda Rusiya general-polkovniki Sergey Kuzovlyev Vladimir Putinə Rusiya ordusunun Kupyansk şəhərini tamamilə ələ keçirdiyini bildirib. Lakin daha sonra, 12 dekabrda Zelenski Kupyanska gəlib oradan video çəkərək Rusiyanın işğal iddiasını təkzib edib. Üstəlik, Putinə səhv məlumat verən generalın öldürüldüyünü iddia edib.
"Putin tez-tez şəhərlər üzərində nəzarətdən danışırdı... generalın onların ələ keçirilməsi barədə məlumat verdiyi bir videoya baxdıq. Sonra Kupyanska getdim və vəziyyət həqiqətən çətin idi və cəbhə xətti çox yaxın idi. Lakin silahlı qüvvələrimiz Kupyanska nəzarət edir", - deyə Zelenski bildirib.
O, əlavə edib ki, bu yaxınlarda bir rus generalının ölü tapılması ilə bağlı xəbərlər yayılıb. Buna görə də, Zelenskinin nəzərdə tutduğu şəxsin məhz Kuzovlyev olduğu istisna edilmir.
"Sonra bu general yoxa çıxdı, kim bilir harada. Dünən və ya bir gün əvvəl onun ölü tapıldığı barədə xəbərlər yayıldı. Düşünürəm ki, bu, həmin generaldır. Hər bir məlumat ikiqat yoxlanılmalıdır, amma əgər o, əməliyyatda itkin düşübsə, mən heç təəccüblənmərəm", - deyə Ukrayna prezidenti bildirib.
Nuranə Abbasova
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.