AZ

Zelenski: Putin insanlara yox, ancaq gücə və pula inanır

Olke.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Putin insanlara inanmır. O, yalnız gücə və pula inanır. Ruslar ölənlərini saymırlar, amma itirdikləri hər dolları və hər avronu sayırlar”.

Ölkə.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Hollandiya parlamentində çıxışı zamanı Putinin düşüncə tərzini qiymətləndirərkən deyib.

Zelenski bildirib ki, buna görə də Rusiya valyutası ilə bağlı güclü bir qərar qəbul etmək lazımdır: “Sizi bunu dəstəkləməyə çağırıram. Rusiyanın bu aktivləri Rusiyanı öz təcavüzündən qorumaq məqsədilə tam şəkildə istifadə edilə bilər və edilməlidir. Təcavüzkar bunun bədəlini ödəməlidir".

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
72
3
olke.az

4Mənbələr