Amnistiya aktı probasiya ilə bağlı 10 mindən artıq şəxsə tətbiq olunacaq.
APA xəbər verir ki, bunu Ədliyyə Nazirliyi Probasiya xidmətinin rəisi Vüqar Ağayev deyib. O qeyd edib ki, amnistiya aktı azadlığın məhdudlaşdırılması cəzaları ilə bağlı 7 min, cərimə, islah işləri ilə bağlı məhkum olunmuş 3 min şəxsi əhatə edəcək.