EN

MDB ölkələri arasında əməkdaşlıq sabitliyi və təhlükəsizliyi gücləndirir - Putin

"MDB ölkələri arasında birgə əməkdaşlıq xalqların maraqlarına xidmət edir, sabitliyi və ortaq təhlükəsizliyi gücləndirir". 

Missiya.Az xəbər verir ki, bunu Rusiya lideri Vladimir Putin Sankt-Peterburqda keçirilən qeyri-rəsmi MDB sammitində deyib. 

O qeyd edib ki, bütün üzv dövlətlər əsas qlobal və regional məsələlərə oxşar yanaşmalara malikdir:

"MDB dövlətləri BMT-nin mərkəzi rol oynadığı beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsiplərinə əsaslanan ədalətli dünya nizamının formalaşmasını yekdilliklə dəstəkləyir",- deyə Prezident əlavə edib.

Seyranə QuliyevaMissiya.Az

Chosen
20
missiya.az

1Sources