Bakı. Trend:
"AZCON Holding" şirkətlərindən olan “AzInTelecom” MMC vəAzərbaycan Uşaq Fondunun birgə təşəbbüsü ilə hazırlanmış “SİMAmissiyası” - texnoloji nağıl kitabı ictimaiyyətə təqdim olunub.
İbtidai sinif şagirdlərinin rəqəmsal savadlılığını artırmaq,onlara internet təhlükəsizliyi və müasir texnologiyalardan düzgünistifadə vərdişlərini aşılamaq məqsədilə hazırlanmış kitabınmüəllifləri Azərbaycan Yazıçılar Birliyinin üzvü, ictimai xadimZəhra Bədəlbəyli və gənc yazıçı Səid Riaddır. Üç hekayədən –“Tanışlıq”, “Gələcəyə səyahət” və “Ağalı kəndi” – ibarət olan “SİMAMissiyası” kitabı uşaqlara rəqəmsal identifikasiya, texnologiyanıngələcəyimizdə rolu və Azərbaycanın ağıllı kənd konsepsiyası barədəsadə və maraqlı dildə məlumatlar verir.
Kitabın təqdimat mərasimində müxtəlif dövlət qurumlarınıntəmsilçiləri, incəsənət xadimləri və internat məktəbində təhsilalan uşaqlar iştirak ediblər. Tədbirin açılış nitqini edən rəqəmsalinkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramovtexnologiyadan təkcə informasiya mənbəyi kimi deyil, həm dəcəmiyyətə fayda verməyin bir yolu kimi istifadə etməyinəhəmiyyətini vurğulayıb. Daha sonra “Zəfər” teatrının balaca aktyorheyəti tərəfindən kitabın əhəmiyyətini əks etdirən kiçik tamaşanümayiş etdirilib.
Oxucular üçün daha əyləncəli olması məqsədilə müxtəlifillüstrasiyalarla zənginləşdirilən və “TEAS Press” nəşriyyatıtərəfindən 1500 tirajla çap edilən kitab internat məktəbləri, uşaqevləri və ümumi təhsil məktəblərinin ibtidai sinif şagirdlərinəpulsuz şəkildə təqdim olunacaq.
“AzInTelecom” üçün azyaşlıların, xüsusilə də valideynhimayəsindən məhrum qalmış uşaqların təhsili və inkişafı xüsusiəhəmiyyət kəsb edir. Şirkət bu istiqamətdəki dəstəyini hər zamandavam etdirəcək və korporativ sosial məsuliyyət layihələrininhəyata keçirilməsi üçün təşəbbüs göstərəcəkdir.