EN

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaş qəbulu keçirəcək

ain.az, 525.az saytına istinadən bildirir.

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov dekabrın 26-sı saat 15:00-da Xidmətin aparatında vətəndaş qəbulu keçirəcək.

525.az xəbər verir ki, bu barədə DMX məlumat yayıb.

Bildirilib ki, qəbulda iştirak etmək istəyənlər şəxsiyyətini təsdiq edən sənədlərlə 25.12.2025-ci il tarixədək Bakı şəhəri, Atatürk Prospekti 189 ünvanında yerləşən Bakı şəhər regional miqrasiya baş idarəsinə yaxınlaşaraq qeydiyyatdan keçə bilərlər:

"Qəbula yazılanlardan müraciətin səbəbini aydın və ətraflı göstərməklə şəxsiyyət vəsiqəsini (əcnəbi və vətəndaşığı olmayan şəxs olduğu təqdirdə Azərbaycan Respublikası ərazisində olmasını və ya yaşamasını təsdiq edən müvafiq sənədi, xarici pasportunu və ya digər sərhədkeçmə sənədini), nümayəndə müraciət etdikdə isə əlavə olaraq bunu təsdiqləyən rəsmi sənədləri təqdim etmələri xahiş olunur".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
8
3
525.az

9Sources