EN

Türkiyə səfiri Suriyada vəzifəsinə başlayıb

"Türkiye" qəzeti rəsmi mənbələrə istinadənyazırki, səfir Nuh Yılmaz bu gün vəzifəsinin icrasına başlayıb. O, təyinatını cari ilin oktyabr ayında almış, noyabrda isə Prezident Rəcəb Tayyib Ərdoğan onu bu vəzifəyə təsdiqlənmişdi.

Məlumata görə, 51 yaşlı Nuh Yılmaz ixtisasca sosioloq və jurnalistdir. O, 2013-cü ilədək "24 TV", "ATV", "CNN Türk" telekanallarında və "Star" qəzetində çalışıb. 2013-cü ildən 2023-cü ilədək Türkiyənin Milli Kəşfiyyat Təşkilatında (MİT) işləyib. Həmin ilin iyunundan etibarən ölkənin Xarici İşlər Nazirliyində nazirin baş müşaviri və Strateji Araşdırmalar Mərkəzinin sədri, 2024-cü ilin mayından bəri isə nazir müavini vəzifələrini tutub.

Diqqətə çatdıraq ki, səfir təyinatınadək Suriyanın paytaxtı Dəməşq şəhərində Türkiyənin müvəqqəti işlər vəkili fəaliyyət göstərirdi. Vəkil Burxan Koroğlunun səlahiyyət müddəti ötən günlərdə qurtarıb.

Firudin Həmidli
AzVision.az
Chosen
22
2
azvision.az

3Sources