EN

Azərbaycandan Ukraynaya pul köçürmələri 35% azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycandan fiziki şəxslər tərəfindən 2025-ci ilin yanvar-sentyabr aylarında Ukraynaya 3 milyon 951 min dollar pul baratları göndərilib. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 milyon 128 min dollar və ya 35% azdır. 2024-cü ilin yanvar-sentyabr aylarında bu məbləğ 6 milyon 79 min dollara bərabər olub. 

Qeyd edək ki, ilk 9 ayda Azərbaycandan Ukraynaya fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 1,1% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
1
6
banco.az

7Sources