Müəllif: Gülnar Əhmədli, Banco.az
Qətərdən fiziki şəxslər tərəfindən 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 12 milyon 150 min dollar pul baratları göndərilib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 40,7% (3 milyon 513 min dollar) çoxdur. Ötən ilin yanvar-sentyabr aylarında bu məbləğ 8 milyon 637 min dollara bərabər olub.
Qeyd edək ki, ilk 9 ayda Qətərdən Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 2024-cü ilin yanvar-sentyabr aylarındakı 1%-dən 1,4%-ə yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!