Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycandan fiziki şəxslər tərəfindən 2025-ci ilin yanvar-sentyabr aylarında Çinə 5 milyon 425 min dollar pul baratları göndərilib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4 milyon 502 min dollar və ya 83% azdır. 2024-cü ilin yanvar-sentyabr aylarında bu məbləğ 9 milyon 927 min dollara bərabər olub.
Qeyd edək ki, ilk 9 ayda Azərbaycandan Çinə fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 1,5% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!