EN

Türkiyə-Pakistan ittifaqı İsrailə qarşı?!

ABŞ-də fəaliyyət göstərən "Algemeiner Journal" yəhudi analitik jurnalı öz mənbələrinə istinadənyazırki, sözügedən müqaviləTürkiyə-Pakistan ittifaqınınformalaşması,Türkiyənin tarixdə ilk dəfə Hind okeanında hərbi mövcudluq... deməkdir:

"Beləliklə, Türkiyə həmin regionda bütün gəmilər, o cümlədən Qırmızı dənizdən keçib İsrailə gedən təchizat marşrutları üzərində potensial təsir imkanı qazanacaq.Bu vəziyyət İsrailin iqtisadiyyatına qarşı mənfi təsir riski daşıyır".

Jurnalın iddiasına görə, müqavilənin hesabınaTürkiyə-Pakistan hərbi əməkdaşlığıda tədricən qurula bilər. Bu əməkdaşlıq çərçivəsindəPakistanın nüvə proqramı da Türkiyə üçün qismən əlçatan gala gələcək:

"Ankara gələcəkdə İslamabada maliyyə dəstəyi göstərməklə, siyasi müdafiə təminatı verməkləİsrailə qarşı ikinci nüvə mərkəziniərsəyə gətirə, regionda "nüvə balansı" yarada bilər".

"Algemeiner Journal" yazır ki, Ankara-İslamabad yaxınlaşması fonundaTürkiyənin öz nüfuz dairəsini şərqə doğru genişləndirməsihələ ki NATO alyansının diqqətində deyil:

"Bu məqam narahatlıq doğurur. SöhbətTürkiyənin pilotsuz uçuş aparatı (PUA) texnologiyasının Pakistan Ordusuna inteqrasiyasındangedir. Bu o deməkdir ki, NATO çərçivəsində ərsəyə gətirilmiş silah-sursat onun sərhədlərindən kənarda işlədilə bilər. Bu mənzərə göstərir ki,anti-İsrail və anti-Qərb mövqeyinə malik yeni "sünni bloku"formalaşmaqdadır".

Firudin Həmidli
AzVision.az
Chosen
25
1
azvision.az

2Sources