"Beləliklə, Türkiyə həmin regionda bütün gəmilər, o cümlədən Qırmızı dənizdən keçib İsrailə gedən təchizat marşrutları üzərində potensial təsir imkanı qazanacaq.Bu vəziyyət İsrailin iqtisadiyyatına qarşı mənfi təsir riski daşıyır".

Jurnalın iddiasına görə, müqavilənin hesabınaTürkiyə-Pakistan hərbi əməkdaşlığıda tədricən qurula bilər. Bu əməkdaşlıq çərçivəsindəPakistanın nüvə proqramı da Türkiyə üçün qismən əlçatan gala gələcək:
"Ankara gələcəkdə İslamabada maliyyə dəstəyi göstərməklə, siyasi müdafiə təminatı verməkləİsrailə qarşı ikinci nüvə mərkəziniərsəyə gətirə, regionda "nüvə balansı" yarada bilər".
"Algemeiner Journal" yazır ki, Ankara-İslamabad yaxınlaşması fonundaTürkiyənin öz nüfuz dairəsini şərqə doğru genişləndirməsihələ ki NATO alyansının diqqətində deyil:
"Bu məqam narahatlıq doğurur. SöhbətTürkiyənin pilotsuz uçuş aparatı (PUA) texnologiyasının Pakistan Ordusuna inteqrasiyasındangedir. Bu o deməkdir ki, NATO çərçivəsində ərsəyə gətirilmiş silah-sursat onun sərhədlərindən kənarda işlədilə bilər. Bu mənzərə göstərir ki,anti-İsrail və anti-Qərb mövqeyinə malik yeni "sünni bloku"formalaşmaqdadır".
Firudin Həmidli
AzVision.az