EN

Arzu Əliyeva “Harmoniya” sənədli filminin təqdimatında iştirak etdi

Dekabrın 21-də Nizami Kino Mərkəzində Azərbaycanda müxtəlif dinlərin nümayəndələri arasında mövcud olan birgəyaşayış və tolerantlıq ənənələrini əks etdirən “Harmoniya” sənədli filminin təqdimatı keçirilib. Film Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Mənəvi Dəyərlərin Təbliği Fondunun və Bakı Media Mərkəzinin birgə layihəsidir.

Publika.az xəbər verir ki, filmin təqdimatında Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak edib.

Əvvəlcə film nümayiş etdirilib. Sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov film haqqında fikirlərini bölüşüb. O, ekran işində üç müxtəlif dini təmsil edən rəfiqələrin timsalında Azərbaycan xalqının müxtəlif din və xalqlara yanaşmasının ortaya qoyulduğunu bildirib: “Əsrlər, minilliklər boyu bu coğrafiyada Azərbaycan xalqı multikultural dəyərləri, bir-birinə hörməti, çiyin-çiyinə yaşamağı, adət-ənənəni növbəti nəsillərə ötürmək kimi çox möhtəşəm bir xüsusiyyəti özündə yaşadır. Bu gün Azərbaycanda müxtəlif dinlərin nümayəndələri birlikdə yaşayır, fəaliyyət göstərir, yaradır. Təbii ki, bu, Azərbaycan xalqının müdrikliyinin ən bariz nümunələrindən biridir”. Komitə sədri qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin apardığı siyasət nəticəsində multikultural dəyərlər Azərbaycan xalqının adət-ənənəsi kimi qalmadı. O, işğaldan azad edilən ərazilərdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın birgə səyləri nəticəsində bütün ibadət yerlərinin bərpa olunduğunu da diqqətə çatdırıb.

Ekran işinin quruluşçu rejissoru və ssenari müəlliflərindən biri Fuad Məmmədzadə filmin əsas qəhrəmanları olan Nigar, Cəmilə və Sofiya obrazlarının əsasında Azərbaycan üçün təbii olan bir reallığı çatdırmaq istədiklərini deyib.

“Azərbaycan dünyada nadir ölkələrdəndir ki, burada eyni zamanda müsəlman, yəhudi və xristianlar vahid ailə kimi yaşayır. Biz həmin xanımların timsalında bir mesaj vermək istəyirik ki, bu, həqiqətən də mümkündür”, - deyə o bildirib.

Chosen
53
24
publika.az

10Sources