EN

Putinin köməkçisi: "Avropa və Kiyevin təklifləri uzunmüddətli sülhə əngəl törədir"

Avropa və Kiyev tərəfindən ABŞ-ın Ukrayna müharibəsi ilə bağlı layihəsinə təklif olunan dəyişikliklər sənədin keyfiyyətini yaxşılaşdırmır və uzunmüddətli sülhün əldə olunmasına mane olur.

 

Senzor.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.

 

O vurğulayıb ki, Avropa və Ukrayna tərəfinin təqdim etdiyi və ya təqdim etməyə çalışdığı təkliflər layihəni yaxşılaşdırmır və davamlı sülh perspektivlərini zəiflədir: “Bu, proqnoz deyil. Mən əminəm ki, avropalılar və ukraynalılar tərəfindən irəli sürülən təkliflər sənədi yaxşılaşdırmır və uzunmüddətli sülhün təmin olunmasına imkan vermir”.

 

Chosen
25
1
senzor.az

2Sources