EN

Balakəndə qanunsuz dərman və tibbi vasitələrin gətirilməsi qarşısı alınıb

Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda dərman və tibbi vasitələrin qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb.

Doğru.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən bildirilib ki, “Mazımqara” gömrük postunda Türkiyə Respublikasından Azərbaycana “günəbaxan yağı” yükü gətirən nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib. Monitorda şübhəli təsvirlər müşahidə olunduğundan yükə gömrük yoxlaması tətbiq edilib.

Yoxlama zamanı gömrük orqanına bəyan edilməyən 83 min ədəd dərman və tibbi vasitələr aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

DOĞRU.AZ

image-17663129963123021182_1200x630 image-17663129963059749682_1200x630image-17663129965242945827_1200x630

Chosen
39
45
dogru.az

10Sources