EN

Yaponiya milli süni intellekt modelinin hazırlanmasına 19 milyard dollar xərcləyəcək

Bakı. Trend:

Yaponiya hökuməti özəl sektorla birlikdə milli süni intellektmodelini yaratmaq üçün təxminən 3 trilyon yen (təxminən 19 milyarddollar) xərcləmək niyyətindədir.

Trend-inməlumatına görə, bu barədə “Yomiuri” qəzeti məluma yayıb.

Birgə inkişafda “SoftBank” kimi nəhənglər də daxil olmaqla10-dan çox yerli şirkət iştirak edəcək. Nəşrin məlumatına görə,hökumət xərclərin təxminən üçdə birini ödəmək, qalan hissəsini isəözəl firmalar tərəfindən investisiya yatırmaq niyyətindədir.

Yaponiyanın öz süni intellektinin inkişafına 2026-cı ildəbaşlanılması gözlənilir. Buraya qabaqcıl məlumat mərkəzlərinintikintisi də daxil olacaq. Bu süni intellekt modelinin yerliistehsal robototexnikasında da istifadə edilməsi gözlənilir.

Məqalədə:
Chosen
37
6
az.trend.az

10Sources