Səudiyyə Ərəbistanının bəzi yerlərində onilliklər ərzində ilk dəfə qar yağıb.
Publika.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, qar ölkənin şimal-qərbinə və mərkəzinə dekabrın 18-i yağıb.
Yerli media Ər-Riyadda və ətraf ərazilərdə qar yağmasını "nadir hal" adlandırıb. Bu arada, "Əl-Ərəbiyyə" televiziyası təxminən 30 ildir belə bir təbiət hadisəsinin yaşanmadığına dair şayiələrə istinad edərək bunu "tarixi" hadisə adlandırıb.