"Baku" TV paytaxtın Bayıl qəsəbəsindən reportaj hazırlayıb.
Publika.az xəbər verir ki, reportajda qəsəbə sakinləri Bayılın keçmişi və bu günü ilə bağlı təəssüratlarını bölüşüblər.
Bayıl sakini Rəhim Həsənov bildirib ki, 67 ildir bu qəsəbədə yaşayır:
"İndi burada köhnədən məskunlaşan insanlardan çox azı qalıb. Bayılda keçmişdən indiyədək xeyli dəyişiklik baş verib. Əvvəllər yollarımız daha enli idi. Mən Bayıldan başqa yerdə yaşaya bilmərəm, burada da dünyadan köçəcəyəm".
Digər bir sakin Zakir Məmmədov isə qeyd edib ki, əvvəllər Bayılda çox az adam məskunlaşıb: