EN

Şəbnəm Tovuzlu rəqs ŞOUsu ilə diqqət çəkdi - VİDEO

"Tarixin bir günü" verilişində qonaq olan müğənni Şəbnəm Tovuzlunun reklam fasiləsində sərgilədiyi rəqs performansı sosial şəbəkələrdə viral olub.

Milli.Az xəbər verir ki, yayım reklam fasiləsi zamanı baş verən həmin anlar qısa müddətdə internet istifadəçilərinin marağına səbəb olub. İfaçının enerjili və sərbəst rəqsi izləyənlərin diqqətini çəkib, video müxtəlif platformalarda geniş şəkildə paylaşılıb.

Verilişin aparıcısı Tarix Əliyevin (Tolik) sənətçiyə verdiyi dəstək və onu daha da ruhlandırması isə performansının təsirini artırıb. Aparıcının reaksiyası və Şəbnəm Tovuzlunun rəqs şousu videonun müzakirə mövzusuna çevrilməsində xüsusi rol oynayıb.

Sözügedən kadrlar sosial şəbəkə istifadəçiləri arasında müxtəlif fikirlərə yol açıb. Bəziləri ifaçının pozitiv enerjisini və təbii davranışını alqışlasa da, digərləri performansı şou elementləri baxımından dəyərləndirib.

Müzakirələrə səbəb olan videonu oxucularımıza təqdim edirik:

Musa
Milli.Az

Chosen
27
3
milli.az

10Sources