EN

''Real'': 17 ildən sonra dejavü və istefa?

Bu gün La Liqanın 17-ci turunda ''Real'' doğma ''Santyaqo Bernabeu''da ''Sevilya''nı qəbul edəcək.

"Football-plus.az" xəbər verir ki, Madrid nəhənginin baş məşqçisi Xabi Alonsonun başının üzərində qara buludların dolaşması heç kimə sirr deyil. ''Kral klubu''nda hələ ki, ümidləri doğrultmayan çalışdırıcı bu oyunda məğlubiyyət qeydə alınacağı təqdirdə istefaya göndərilə bilər.

Bu arada bu qarşılaşmadan öncə İspaniya mətbuatında maraqlı bir xəbər gündəmə gəlib. ''Sevilya'' ''Bernabeu''da son qələbəsini 17 il öncə qazanıb və ən diqqətçəkən məqam odu ki, həmin matçdan sonra ''Real'' baş məşqçisi ilə vidalaşmışdı!

O vaxt komandanı Bernd Şuster çalışdırırdı. 2008-ci ilin dekabrın 7-də, yəni 2008/09 mövsümünün 14-cü turunda ''Real'' ''Bernabeu''də ''Sevilya''ya 3:4 uduzmuş və Şusterlə yollar ayrılmışdı. Baxmayaraq ki, bu məşqçi cəmi bir neçə ay öncə komandanı çempion etmişdi. Həmin vaxt baş məşqçi postuna Xuande Ramos gətirilmiş və ''Real'' mövsümü yalnız ikinci pillədə tamamlamışdı. Xosep Qvardiolanın ''Barselona''nın başında adını bütün dünyaya duyurduğu o tarixi mövsümü Kataloniya nəhəngi trebl ilə tamamlamışdı.

Xabi Alonso oyunöncəsi mətbuat konfransında 17 il öncə yaşanmış bu olay barədə suala cavab verərkən ''belə şeyləri düşünmürəm, məni yalnız qarşıdakı oyunda qalib gəlməyimiz maraqlandırır'' cavabını verib.

Chosen
53
1
football-plus.az

2Sources