EN

Təxirə salınmış oyunlar eyni vaxtda keçiriləcək

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

Kişi və qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında təxirə salınmış oyunların nə vaxt keçiriləcəyi bəlli olub.

Fanat.Az xəbər verir ki, 3-cü turdan təxirə salınmış hər iki görüş dekabrın 22-də baş tutacaq.

Kişilər arasında "Xilasedici" - "Azərreyl" dueli Fövqəladə Hallar Nazirliyinin idman zalında gerçəkləşəcək. Qadınların mübarizəsində isə "Milli Aviasiya Akademiyası" və "Abşeron" kollektivləri güclünü müəyyənləşdirəcəklər. Bu qarşılaşma Milli Aviasiya Akademiyasının idman zalında reallaşacaq.

Hər iki matçın start fiti saat 17:00-da səslənəcək.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
15
5
fanat.az

6Sources