Kişi və qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında təxirə salınmış oyunların tarixləri bəlli olub.
Apasport.az xəbər verir ki, III turdan təxirə salınmış hər iki qarşılaşma dekabrın 22-də baş tutacaq.
Kişilər arasında "Xilasedici" - "Azərreyl" oyunu Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək. Qadınların mübarizəsində isə "Milli Aviasiya Akademiyası" və "Abşeron" kollektivləri güclünü ayrıd etməyə çalışacaq. Bu qarşılaşma Milli Aviasiya Akademiyasının idman zalında reallaşacaq.
Hər iki matçın start fiti saat 17:00-da səslənəcək.
“Azərreyl”dən qələbə
Yüksək Liqa: VII tura start veriləcək
Yüksək Liqa: VII tura start verilib
Yüksək Liqa: VII tura start veriləcək
Voleybol üzrə Azərbaycan Yüksək Liqasında VII turun proqramı bəlli olub