EN

Hərbi xidmətə yararsız şəxslər müalicəyə cəlb olunacaq AÇIQLAMA

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

"Artıq hərbi xidmətə müəyyən xəstəliklər səbəbindən yararsız hesab edilən şəxslər müalicəyə cəlb olunur ki, prinsip etibarilə bu yanaşma müsbət qiymətləndirilir. Lakin son vaxtlar hərbi xidmətdən möhlət hüququ olan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi ekspertiza və reabilitasiya mərkəzlərində yenidən komissiyadan keçirilir. Bu isə bəzi suallar doğurur, çünki uzun illər müalicə alan şəxslər yenidən qısa müddətli möhlət alırlar".Bunu Demokrat.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.O, bildirib ki, belə hallarda, şəxs xəstəliyi olduğu halda dəfələrlə müayinə olunur, dövlət onun müalicə və qalma xərclərini ödəyir, lakin nəticədə uzun müddətli möhlət verilmir:"Bu prosesin Səhiyyə Nazirliyi, TƏBİB, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti arasında koordinasiya ilə tənzimlənməsi vacibdir".Ekspert bildirib ki, digər tərəfdən, əgər müalicədən yayınan şəxslər varsa və xəstəliyi olmadığı açıqdırsa, bu hallara qarşı sərt tədbirlər görülməlidir:"Belə şəxslər qanunvericiliyə uyğun inzibati və, lazım gələrsə, cinayət məsuliyyətinə cəlb olunmalıdır. Çünki bu, vətəndaşın Konstitusiyada təsbit olunmuş vəzifəsindən yayınması deməkdir. Hesab edirəm ki, cəmiyyət, xüsusilə Azərbaycan vətəndaşları, qanuna riayət etməyə öyrəşməlidir. Xəstəliyi olmayan şəxslər özlərini gizlətməməli, xəstəliyi olanlar isə çağırışa vaxtında getməli və tibbi müayinələrdən keçməlidirlər. Dövlətin və vətənin müdafiəsi ilə bağlı hallarda sübut və faktlar varsa, ən sərt cəzaların tətbiq olunması tərəfdarıyam, lakin əsaslar yoxdursa, şəxsin hüquqları qorunmalıdır".Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
98
50
demokrat.az

10Sources