EN

Bu cərimələr kəskin artır

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Vergi hesabatlarının, eləcə də dövlət rüsumunun tutulmasına dair hesabatların təqdim olunması qaydalarının pozulmasına görə tətbiq edilən bəzi cərimələrin artırılması nəzərdə tutulur.

“AzPolitika”nın məlumatına görə, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Layihəyə əsasən, vergi ödəyicisi kimi qeydiyyatda olmayan şəxslər tərəfindən vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan, Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələr çərçivəsində xarici dövlətlərdən daxil olan sorğuların cavablandırılması üçün tələb edilən məlumat və sənədlərin Vergi Məcəlləsində müəyyən olunmuş müddətdə vergi orqanına təqdim edilməməsinə və ya qəsdən təhrif olunmuş formada təqdim edilməsinə görə cərimələr artırılır. Belə hallarda fiziki şəxslər 300 manat (indiyədək 50 manat), hüquqi şəxslər isə 1000 manat (indiyədək 100 manat) məbləğində cərimələnəcək.

Bundan əlavə, maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan beynəlxalq müqavilələrin icrası çərçivəsində şəxsin rezidentlik statusunun müəyyənləşdirilməsi zamanı düzgün olmayan və ya təhrif edilmiş məlumat və sənədlərin təqdim edilməsinə görə yeni inzibati cərimə tətbiq olunacaq.

Layihəyə görə, maliyyə institutları tərəfindən fiziki və hüquqi şəxslərə hesab açılarkən və ya maliyyə xidmətləri göstərilərkən, beynəlxalq müqavilələrin icrası məqsədilə rezidentliyin müəyyən edilməsi üçün yanlış və ya təhrif edilmiş məlumatların təqdim edilməsi, həmçinin rezidentlik statusunun dəyişməsinə səbəb olan hallar barədə məlumat və sənədlərin Vergi Məcəlləsində müəyyən edilmiş müddətdə maliyyə institutuna təqdim edilməməsi cərimə ilə nəticələnəcək. Bu halda fiziki şəxslər 300 manat, hüquqi şəxslər isə 1000 manat məbləğində cərimə ediləcək.

Müzakirələrdən sonra dəyişikliklər səsverməyə çıxarılıb və birinci oxunuşda qəbul olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
17
4
azpolitika.info

10Sources