AZ

Vergi və dövlət rüsumu ilə bağlı bəzi cərimələr kəskin artır

Vergi və dövlət rüsumu ilə bağlı bəzi cərimələr kəskin artır

Vergi hesabatlarının və dövlət rüsumunun təqdim edilmə qaydalarının pozulmasına görə cərimələr artırılır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, vergi ödəyicisi kimi qeydiyyatda olmayan şəxslər tərəfindən vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında xarici dövlətlərdən daxil olmuş məlumat mübadiləsi üzrə sorğuların cavablandırılması üçün tələb olunan məlumat və sənədlərin Vergi Məcəlləsi ilə müəyyən edilən müddətdə vergi orqanına təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə görə:

fiziki şəxslər 300 manat (hazırkı cərimə 50 manat),

hüquqi şəxslər 1000 manat (hazırkı cərimə 100 manat)

məbləğində cərimə olunacaq.

Bundan başqa, maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan beynəlxalq müqavilələrin icrası məqsədilə şəxsin rezidentliyinin müəyyən edilməsi üçün dürüst olmayan və ya təhrif olunmuş məlumatların təqdim edilməsinə görə yeni cərimə müəyyənləşir.

Layihəyə əsasən, maliyyə institutları tərəfindən fiziki və hüquqi şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə, vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan beynəlxalq müqavilələrin icrası məqsədilə şəxsin rezidentliyinin müəyyən edilməsi üçün dürüst olmayan və ya təhrif olunmuş məlumatların və sənədlərin təqdim edilməsinə, və ya təqdim edilmiş məlumatlarda şəxsin rezidentlik statusunun dəyişdirilməsinə səbəb olan dəyişiklik baş verdiyi halda, bu barədə məlumatların və sənədlərin Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə maliyyə institutuna təqdim edilməməsinə görə:

fiziki şəxslər 300 manat,

hüquqi şəxslər 1000 manat

məbləğində cərimə nəzərdə tutulur.

Müzakirələrdən sonra məsələlər səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Seçilən
11
17
afn.az

10Mənbələr