16 saatlıq görüş zamanı Avropa İttifaqı liderləri Ukraynanın Avropadakı dondurulmuş Rusiya aktivlərindən istifadə edərək maliyyələşdirmə sxemi barədə razılığa gələ bilməyiblər.
"Cebheinfo.az" xəbər verir ki, lakin Kiyevə Aİ büdcəsindən kreditlə təmin edilən 90 milyard avroluq maliyyə dəstəyi təsdiqlənib.
Aİ sammitinin sədri Antonio Kosta cümə axşamı saatlarla davam edən danışıqlardan sonra sosial mediada yazıb ki, 2026-2027-ci illər üçün Ukraynaya 90 milyard avroluq dəstək vermək qərarı təsdiqlənib.
Kosta bu vəsaitlərin mənbəyini dəqiqləşdirməyib, lakin "Reuters" tərəfindən nəzərdən keçirilən sammitin yekun layihəsində vəsaitlərin Aİ büdcəsi ilə təmin edilən kapital bazarlarından borclanma yolu ilə toplanacağı bildirilir.
Sənəddə, həmçinin bildirilir ki, müqavilə Ukraynanın maliyyələşdirilməsində iştirak etmək istəməyən Macarıstan, Slovakiya və Çexiyanın maliyyə öhdəliklərinə təsir göstərməyəcək.
Xəzər
"Cebheinfo.az"