ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Almaniya kansleri Fridrix Merts bildirib ki, Avropa İttifaqı (Aİ) Ukraynanı 90 milyard avro məbləğində kredit hesabına maliyyələşdirəcək, eyni zamanda Rusiya aktivlərindən istifadə etmək hüququnu özündə saxlayacaq. Onun sözlərinə görə, Kiyevə ayrılan bu maliyyə vəsaiti sıfır faizlə təqdim olunacaq.
Bizimyol.info xəbər verir ki, bu barədə Merts Aİ sammitinin ilk gününün yekunları üzrə jurnalistlərə açıqlamasında bildirib.
“Aİ-nin Ukrayna üçün maliyyə paketi yekun olaraq razılaşdırılıb. Mənim də çağırdığım kimi, Ukraynaya 90 milyard avro həcmində faizsiz kredit verilir. Bu vəsait Ukraynanın yaxın iki il üçün hərbi və büdcə ehtiyaclarını qarşılamaq üçün kifayətdir”, – deyə o qeyd edib.
Almaniya kanslerinin sözlərinə görə, “Rusiya Federasiyasının dondurulmuş aktivləri Rusiya Ukraynaya reparasiya ödəyənədək bloklanmış vəziyyətdə qalacaq”. “Biz bunun üçün artıq ötən həftə zəmin yaratmışıq. Ukrayna krediti yalnız Rusiya reparasiyaları ödədikdən sonra geri qaytarmalı olacaq. Biz açıq şəkildə bəyan edirik ki, əgər Rusiya reparasiyaları ödəməsə, beynəlxalq hüquqa tam uyğun şəkildə Rusiya Federasiyasına məxsus dondurulmuş aktivlərdən kreditin ödənilməsi üçün istifadə edəcəyik”, – deyə Merts izah edib.
“Üzv dövlətlərin və ya Avropa İttifaqının Ukraynanın müdafiəsini maliyyələşdirmək üçün borclanmasının qarşısını almaq istəyir. Hazırda biz avans ödənişi edirik. Lakin bu ödəniş Rusiya aktivləri ilə təmin olunacaq. Həmin aktivlər uzun müddət bloklanıb və yalnız kredit ödənildikdən sonra – ya Rusiyanın reparasiyaları hesabına, ya da bu aktivlərə çıxış yolu ilə – açılacaq”, – deyə kansler vurğulayıb.
Mertsin fikrincə, vəsaitlər ən geci yanvarın ikinci yarısında verləcək. “Ukraynaya bu pullar təxminən aprel və ya may aylarında lazım olacaq. 2026-cı ilin birinci rübü üçün Ukraynanın maliyyələşdirilməsi tam təmin edilib. Buna görə də biz vəsaitləri dərhal səfərbər etməyə tələsmirik”, – deyə Almaniya kansleri bildirib.
Rusiya Prezidenti Vladimir Putin Avropada Rusiya aktivlərinin müsadirəsi ilə bağlı müzakirələri oğurluq aktı kimi qiymətləndirib. Rusiyanın ədliyyə naziri Konstantin Çuyçenko bildirib ki, ölkə rəhbərliyinə Qərb dövlətləri tərəfindən Rusiya aktivlərinin mümkün müsadirəsinə cavab variantları artıq təqdim olunub.
Qadir, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.