EN

“Bu klubun rəhbəri baş verənlərin yarısını belə, anlamır” – TƏNQİD ETDİ

İspaniya La Liqasının prezidenti Xavyer Tebas “Neqreyra işi” ilə bağlı “Real”ın mövqeyini yenidən tənqid edib.

Onun sözlərinə görə, “kral klubu” bu məhkəmə prosesində səmimi davranmır və keçmişdə mövqeyi tam fərqli olub.

“Barselona” və klubun keçmiş rəhbərliyi İspaniya Futbol Federasiyasının nəzdində fəaliyyət göstərən Hakimlərin Texniki Komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya edilən ödənişlərlə bağlı rüşvət ittihamı ilə üzləşib.

Dekabrın 12-də “Barselona”nın prezidenti Xuan Laporta məhkəmədə ifadə verib. Həmin gün Kataloniya klubunun keçmiş baş məşqçiləri Luis Enrike və Ernesto Valverde də dindirilib

Bildirilirdi ki, prosesdə özəl ittihamçı qismində çıxış edən “Real”ın nümayəndələri Laportaya suallar ünvanlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Tebas “Real”ın davranışını şou adlandırıb:

“Real”ın prezidenti (Florentino Peres) baş verənlərin yarısını belə, anlamır. Məhkəmədə hamı danışandan sonra sonuncu çıxış edən onların vəkili oldu. Niyə? Çünki məhkəməyə ən gec qoşulan da elə o idi.

Bu, iki ay çəkdi. Əvvəllər “Barselona” Super Liqa məsələsinə görə onların müttəfiqi idi. İndi isə Super Liqadan uzaqlaşdıqdan sonra özlərini cəngavər kimi aparırlar.

Üstəlik, verdikləri 12 sualın hamısına artıq Luis Enrike və Valverde cavab vermişdi. Bu proses bir şoudur, insanları aldatmaqdan başqa bir şey deyil”.

“Real”ın hüquqşünasları dindirilmə zamanı Laportadan hesabatlarda “aloe veralı hədiyyə dəstləri” (rəsmi sənədlərdə yazılan, amma real məzmunu şübhə doğuran bir xərc izahı) kimi göstərilən 60 min avroluq məbləğ barədə soruşublar. “Barselona”nın prezidenti isə bu ödənişi xatırlamadığını deyib.

Chosen
57
sportinfo.az

1Sources