EN

Meydana qayıtdı, yeni rekord müəyyən etdi

Footbal-plus portalından alınan məlumata görə, ain.az xəbər verir.

Nəhayət, Məhəmməd Salah müəyyən fasilədən sonra yaşıl meydanda görünüb."Football-plus.az" xəbər verir ki, baş məşqçi Arne Slotla münaqişədən sonra ilk dəfə meydana çıxan “Liverpul”un hücumçusu İngiltərə premyer-liqasının 16-cı turunun “Brayton”la oyununda rekorda imza atıb. Misirli futbolçu 2:0 hesabı ilə qalib gəldikləri oyunun 60-cı dəqiqəsində qol ötürməsi edib. Bununla da Salah “Liverpul”un heyətində premyer-liqadakı məhsuldar hərəkətlərinin ümumi sayını 277-yə çatdırıb (188 qol, 89 məhsuldar ötürmə).Bundan əvəlki rekord “Mançester Yunayted”də 183 qol vuran və 93 məhsuldar ötürmə edən Ueyn Runiyə məxsus idi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
3
icma.az

4Sources