AZ

Meydana qayıtdı, yeni rekord müəyyən etdi

Nəhayət, Məhəmməd Salah müəyyən fasilədən sonra yaşıl meydanda görünüb.

"Football-plus.az" xəbər verir ki, baş məşqçi Arne Slotla münaqişədən sonra ilk dəfə meydana çıxan “Liverpul”un hücumçusu İngiltərə premyer-liqasının 16-cı turunun “Brayton”la oyununda rekorda imza atıb.

Misirli futbolçu 2:0 hesabı ilə qalib gəldikləri oyunun 60-cı dəqiqəsində qol ötürməsi edib. Bununla da Salah “Liverpul”un heyətində premyer-liqadakı məhsuldar hərəkətlərinin ümumi sayını 277-yə çatdırıb (188 qol, 89 məhsuldar ötürmə).

Bundan əvəlki rekord “Mançester Yunayted”də 183 qol vuran və 93 məhsuldar ötürmə edən Ueyn Runiyə məxsus idi.

Seçilən
10
3
football-plus.az

4Mənbələr