EN

İsveçdə 12 yaşlı killer saxlanıldı

ain.az, 525.az portalına istinadən məlumat yayır.

İsveçdə sifarişli qətl törətməkdə təqsirli bilinən 12 yaşlı uşaq saxlanılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir, qətl hadisəsi ötən həftə Malmö şəhərində baş verib.

Uşaq odlu silahdan 21 yaşlı gənci güllələyib. İstintaq qətlin kim tərəfindən sifariş edildiyini, həmçinin, uşağın adını açıqlamır. Məlum olan budur ki, srağagün saxlanılan uşağa qətlə görə 20 min funt-sterlinq vəd olunubmuş.

Maraqlı məqam ondan ibarətdir ki, uşaq sifarişi səhv yerinə yetirib və başqa adamı güllələyib.

Qeyd edək ki, İsveç qanunlarına görə, 15 yaşına çatmamış uşaqlar cinayət törədərkən həbs cəzası almırlar. Bu üzdən killer uşaq qəyyumluğa verilib.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
91
525.az

1Sources