EN

Ali Məhkəmənin Mülki kollegiyası qərar verdi: faizdən faiz tutulması qanunsuzdur

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Xüsusən bank kreditləri ilə bağlı məhkəmə işlərində mübahisə doğuran məsələlərdən biri ödənişlərin gecikməsi zamanı əsas borcla yanaşı, faizə görə də əlavə faiz hesablanmasıdır.

Ali Məhkəmənin Mülki kollegiyası borca görə gecikdirmə faizlərinin hesablanması ilə bağlı qərar verib. Bu qərar vahid məhkəmə təcrübəsini formalaşdıracaq.

Bizimyol.info xəbər verir ki, Ali Məhkəmənin baxdığı bu iş pul borcunun vaxtında qaytarılmamasına görə əlavə gecikdirmə faizlərinin tutulması tələbi ilə bağlı olub. İddiaçı daha əvvəl məhkəmə qərarları ilə tutulmuş əsas borc və faiz məbləğlərini birləşdirərək, həmin ümumi məbləğ üzərindən yenidən gecikdirmə faizi hesablanmasını tələb edib.

Birinci instansiya məhkəməsi iddianı rədd edib, apellyasiya məhkəməsi də həmin mövqe iş razılaşıb. Daha sonra hər iki tərəfin kassasiya şikayətləri üzrə işə Ali Məhkəmədə kassasiya qaydasında baxılıb.

Ali Məhkəmə qərarında vurğulayıb ki, gecikdirmə faizləri yalnız ödənilməmiş əsas borc məbləği üzrə və yalnız borcun qaytarıldığı günədək hesablanmalıdır. Daha əvvəl məhkəmə qərarı ilə tutulmuş faiz borcunun əsas borca əlavə edilərək həmin ümumi məbləğ üzərindən yenidən gecikdirmə faizinin hesablanması “faizdən faiz” tutulmasıdır. Bu da qanunvericiliklə qadağan edilir.

Ali Məhkəmə qeyd edib ki, faiz borcunun məhkəmə qərarı ilə tutulması onun hüquqi mahiyyətini dəyişmir və onu əsas borca çevirmir. Belə faiz alacağına yenidən faiz tələb edilməsi borclunun vəziyyətini qeyri-mütənasib şəkildə ağırlaşdırır və ədalət prinsipinə ziddir.

Nəticə etibarilə, Ali Məhkəmə də kassasiya şikayətlərini təmin etməyərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən qüvvədə saxlayıb.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
21
36
icma.az

10Sources