EN

Braziliyada tərəfdar coşqusu, Madriddə soyuqluq: Saul Niqezin şok müqayisəsi

"Atletiko Madrid"in sabiq ulduzu Saul Niqezin Madrid azarkeşləri haqqında səsləndirdiyi tənqidi fikirlər futbol dünyasında geniş müzakirələrə səbəb olub.

Fanat.Az xəbər verir ki, hazırda Braziliyanın "Flamenqo" klubunda çıxış edən təcrübəli yarımmüdafiəçi, yeni komandasındakı atmosferi Madridlə müqayisə edərək, İspaniya paytaxtında azarkeş bağlılığının zəif olduğunu iddia edib.

O, Madrid klublarının yalnız qələbələr sayəsində tanındığını vurğulayıb:

"Burada (Flamenqoda) tərəfdarlar və komanda arasında Madriddə olduğundan daha çox bağ var. Gerçəkdə Madridin azarkeşi yoxdur. Madrid qazandıqları uğurlara görə məşhur və dünya tərəfindən tanınan bir klubdur, lakin stadionlarına getdiyinizdə heç bir şey hiss etmirsiniz."

Uzun illÉ™r "Atletiko Madrid" formasını geyinmiÅŸ bir oyunçunun bu cür kÉ™skin açıqlaması hÉ™m İspaniya, hÉ™m dÉ™ CÉ™nubi Amerika mÉ™tbuatında böyük rezonans doÄŸurub. 

Kamil Xudiyev

Chosen
37
1
fanat.az

2Sources