ain.az, Fanat saytına istinadən bildirir.
"Atletiko Madrid"in sabiq ulduzu Saul Niqezin Madrid azarkeşləri haqqında səsləndirdiyi tənqidi fikirlər futbol dünyasında geniş müzakirələrə səbəb olub.
Fanat.Az xəbər verir ki, hazırda Braziliyanın "Flamenqo" klubunda çıxış edən təcrübəli yarımmüdafiəçi, yeni komandasındakı atmosferi Madridlə müqayisə edərək, İspaniya paytaxtında azarkeş bağlılığının zəif olduğunu iddia edib.
O, Madrid klublarının yalnız qələbələr sayəsində tanındığını vurğulayıb:
"Burada (Flamenqoda) tərəfdarlar və komanda arasında Madriddə olduğundan daha çox bağ var. Gerçəkdə Madridin azarkeşi yoxdur. Madrid qazandıqları uğurlara görə məşhur və dünya tərəfindən tanınan bir klubdur, lakin stadionlarına getdiyinizdə heç bir şey hiss etmirsiniz."
Uzun illər "Atletiko Madrid" formasını geyinmiş bir oyunçunun bu cür kəskin açıqlaması həm İspaniya, həm də Cənubi Amerika mətbuatında böyük rezonans doğurub.
Kamil Xudiyev
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.