“Real”ın stadionu “Santyaqo Bernabeu” 2030-cu il dünya çempionatının finalına əsas namizəddir.
İdmanxeber.az xəbər verir ki, FIFA-nın prezidenti Canni İnfantino ilə “Real”ın prezidenti Florentino Perez arasındakı yaxın münasibətlər, stadionun müasir infrastrukturu və böyük tədbirlər keçirmək təcrübəsi “Bernabeu”nun şansını artırır.
Yekun qərarın 2026-cı ilin son aylarında açıqlanacağı gözlənilir. Final üçün namizədlər arasında “Atletiko”nun ev stadionu “Metropolitano” və “Barselona”nın arenası “Kamp Nou” da var. Lakin “Kamp Nou”nun yenidənqurulması ilə bağlı vəziyyət hələ də qeyri-müəyyəndir.
Qeyd edək ki, “Santyaqo Bernabeu” 1982-ci ildə də dünya çempionatının finalına ev sahibliyi edib.