EN

"Real"ın futbolçusu son anda heyətdən çıxarıldı

style='margin-bottom:10px;'>

“Real”ın müdafiəçisi Raul Asensio İspaniya Kubokunun 1/16 finalında “Talavera” ilə oyunu buraxacaq.

QOL.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.

İspaniyalı futbolçu yüksək hərarət səbəbindən son anda heyətdən çıxarılıb.

Xatırladaq ki, 22 yaşlı futbolçu 2024-cü ilin yayında “Real”a transfer olunub. Cari mövsümdə o, bütün turnirlərdə 20 matça çıxıb, lakin məhsuldar hər hansı göstəriciyə imza atmayıb.

Qeyd edək ki, komandalar 17 dekabr Bakı vaxtı ilə 00:00-da üz-üzə gələcək.

Chosen
33
2
teleqraf.com

3Sources