ain.az, Baku.ws portalına istinadən məlumat yayır.
"Ailə vəzifələri olan işçilərlə bağlı anlayışın qanunvericiliyə daxil edilməsi diqqətəlayiqdir".
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərin ikinci oxunuşda müzakirəsində komitənin sədri Taliyə İbrahimova deyib.
O bildirib ki, artıq işçilər təkcə cinsinə, ailə vəziyyətinə və digər əlamətlərinə görə deyil, ailə vəzifələrinə görə də hər hansı ayrı-seçkiliyə məruz qala bilməzlər:
"Hətta hesab edirəm ki, gələcək mərhələdə bu yanaşma Cinayət Məcəlləsində də əksini tapa bilər. Məlumdur ki, Cinayət Məcəlləsinin 164-cü maddəsində hamilə qadınlarla, himayəsində üç yaşınadək uşağı olan şəxslərlə, eləcə də üç yaşınadək uşağı təkbaşına böyüdən atalarla əmək müqaviləsinə xitam verilməsi qadağan olunur və bu əmələ görə cinayət məsuliyyəti nəzərdə tutulur. Təklif edərdik ki, növbəti mərhələdə bu kateqoriyalar genişləndirilsin və ümumilikdə ailə vəzifələri olan işçilərlə əmək müqaviləsinə xitam verilməsinə görə cinayət məsuliyyəti müəyyən edilsin. Bu, Əmək Məcəlləsində nəzərdə tutulan normaları daha da gücləndirərdi".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.