AZ

"Ailə vəzifələri olan işçilərin işdən çıxarılması cinayət məsuliyyəti yaratmalıdır" – Komitə rəsmisi


Ailə vəzifələri olan işçilərlə bağlı anlayışın qanunvericiliyə daxil edilməsi xüsusi diqqətəlayiqdir. Trend xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, artıq işçilər təkcə cinsinə, ailə vəziyyətinə və digər əlamətlərinə görə deyil, ailə vəzifələrinə görə də hər hansı ayrı-seçkiliyə məruz qala bilməzlər: “Hətta hesab edirəm ki, gələcək mərhələdə bu yanaşma Cinayət Məcəlləsində də əksini tapa bilər. Məlumdur ki, Cinayət Məcəlləsinin 164-cü maddəsində hamilə qadınlarla, himayəsində üç yaşınadək uşağı olan şəxslərlə, eləcə də üç yaşınadək uşağı təkbaşına böyüdən atalarla əmək müqaviləsinə xitam verilməsi qadağan olunur və bu əmələ görə cinayət məsuliyyəti nəzərdə tutulur. Təklif edərdik ki, növbəti mərhələdə bu kateqoriyalar genişləndirilsin və ümumilikdə ailə vəzifələri olan işçilərlə əmək müqaviləsinə xitam verilməsinə görə cinayət məsuliyyəti müəyyən edilsin. Bu, Əmək Məcəlləsində nəzərdə tutulan normaları daha da gücləndirərdi”.

Seçilən
29
9
baki-xeber.com

10Mənbələr